GÖRƏSƏN SEVMƏDƏN YAŞAMAĞA DƏYƏRMİ?
Artıq 20 ildir ki, bu məmləkətdə ömür sürürəm. Bəlkə də hər ildə bir 365 dəfə demişəm ki, “Mən doğma vətənimi sevə-sevə yaşayıram”. İndi isə özümə belə bir sual verirəm. Bu ölkədə sevməyə görəsən nə var? Bir dəfə yazıçı, publisist Seymurbaycan “Alma”ya müsahibəsində demişdi: “mən bu ölkəni sevməmək üçün 100 səbəb göstərərəm siz mənə onu sevmək üçün 1 səbəb göstərin”.
rushvetxorligun sonu

perviz
Sizin Reklaminiz Burada Ola Bilerdi...

LDU-nun yeni korpusu (Fotolar)
Tələbələrin çoxdan gözlədiyi məqam...
09 fevral tarixində Ldu-nun yeni tədris korpusu istifadəyə verilibş qeyd edək ki, bu tədris korpusu 6 ay bundan əvvəl təmirə dayandırılmışdlı. Tədris korpusunda gedən təmir bərpa işlərindən sonra yenidən tələbələrin istifadəsinə verilib.
dalğaçılar Rəsulzadə küçəsində özlərini zəncirlədilər
9 Dalgaçı isə Həps olundu

Dalğa Gənclər Hərəkatı Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin doğum günü münasibəti ilə bu gün aksiya keçirib.
Qaynar.info-nun məlumatına görə, hərəkat üzvləri saat 15-30-da Məmməd Əmin Rəsulzadə küçəsi ilə zəncirlənmiş halda gəzintiyə çıxıblar. Aksiya iştirakçıları “Rəsulzadəyə və ADR-ə hörmətlə yanaşmağı tələb edirik”, “Rəsulzadəyə heykəl qoymaği tələb edirik ” kimi şuarlar səsləndiriblər. Aksiya A.Şaiq adına Kukla teatrının qarşısında sona çatmaq üzrə ikən polis müdaxilə edib, nəticədə Dalğa GH-nın 9 üzvü saxlanılaraq, 9-cu bölməyə aparılıblar. Burada bir neçə saat saxlanılan hərəkat fəallarından izahat alınandan sonra sərbəst buraxılıblar.
Qapalı otaqlarda açıq bazar

Ali təhsil məktəblərində imtahan sessiyaların başlanmasını nəzərə alıb Lənkəran Dövlət Universitetində (LDU) kiçik bir araşdırma apardıq. Araşdırmamızın məqsədi LDU rüşvətin olub, olmaması? əgər varsa hansı səviyyədə olması və təhsil ocaqlarında korrupsiya hallarının hansı səbəbdən yaranmasını öyrənməkdir. Beləliklə yuxarıdakı suallara cavab tapmaq məqsədi ilə araşdırma zamanı həm müəllimlərin, həm tələbələrin, həm Universitet rəsmisinin həm də aidiyatı orqanların fikirlərini öyrəndik.Fikirlərini öyrəndiyimiz ilk şəxs LDU-nun professoru Məsud Məmmədov oldu.
M. Məmmədov: LDU-da nəinki imtahan zamanı digər vaxtlarda da korrupsiya hallarına rast gəlmək olar.
Məsud Məmmədovun fikrincə Lənkəran Dövlət Universitetində təkcə rüşvət yox korrupsiyanın bütün formaları var, özü də bu təkcə imtahan dövrwnə təsadüf etmir.-LDU-da rüşvət, ümumiyyətlə korrupsiya halları imtahandan əlavə digər vaxtlarda da rast gəlinir. Sübut üçün mən iki müəllim həmkarımla birgə üzə çıxartığımız faktı deyə bilərəm. Mən və bir vaxtlar LDU-da dərs deyən Rəsul Abdulov və Mirzağa Mirzəyev maliyə idarəsinə LDU-da 32 min ABŞ dollarının vəzifəli şəxslər tərəfindən mənimsənildiyi faktını sübutlarla bildirmişik və lazımı sənədlərə imza atmışıq.M. Məmmədovun dediyinə o, bu məsələlərlə bağlı dəfələrlə ölkə mətbuatında çıxış edib, lakin əks nəticələrlə üzləşib:
Logo of the "Wake Up Azerbaijan" campaign

Tezliklele Daha Suretli Addimlarla

![]()
Dikusiya Klubu fəaliyyetini gücləndirir

14 dekabr tarixində tarixində Dalğa GH-nin cənub regional ofisində diskusiya klubu özünün növbəti diskusiyasini keçirib. Diskusiya klubunun budəfəki müzakirə mövzusu “Gənclik və onun problemləri” olub. Diskusiya zaman gənclər belə bir nəticəyə gəliblər ki, bu gün Azərbaycan gəncliyinnin əsas problemi özlərinin asudə vaxtlarnn səmərləi keçirməsi üçün şəraitin olmamas və hakimiyyət tərəfindən gənclərin siyasi baxışlar nəzərə alinmaqla onlara qarşı ayrıseçkilik münasibətlərinin olmasıdr.
Dalğa GH-nin cənub regional ofisində qurultay keçiriləcək
1 il 2 ay muddətintə fəliyyət göstərən Dalğa GH-nin cənub regional ofisi gələn dekabr ayinin 27-si özünün ilk qurultayını keçirəcək. Qurulatyda növbəti bir il ərzində regional ofisiə sədrlik edəcək şəxs müəyyənləşdiiləcək. Bu məqsədlə Dalğa GH-nin cənub reginal ofisinin idarə heyyəti sabah toplantı keçirəcək və qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədrini seşəcəklər. Növbəti bir il müddətində Dalğa GH-nin cənub reginal ofisinə sədrlik etmək üçün regonal ofisin hər bir nümayəndəsi nizamnaməyə uyğün olaraqç qurultaya bir həftə qalmişa qədər öz namizədliyini irəli sürə bilərlər



